ABŞ "TikTok"-u qadağan etməyi düşünür
    • 16-03-2023, 09:59
    • 99

ABŞ "TikTok"-u qadağan etməyi düşünür

ABŞ administrasiyası "TikTok" sosial şəbəkəsinin çinli sahiblərindən öz səhmlərini satmağı tələb edib. Əks halda tətbiqi ABŞ-da qadağan etməklə hədələyib.

News24.az xəbər verir ki, müvafiq tələbi ABŞ-dakı Xarici İnvestisiya Komitəsi irəli sürüb. 

"Məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, özgəninkiləşdirmə problemi həll etmir: sashibin dəyişdirilməsi məlumat axınına və ya girişə heç bir yeni məhdudiyyət qoymayacaq" - deyə "TikTok" sözçüsü Morin Şanahan bildirib. 

O, milli təhlükəsizlik problemlərini həll etməyin ən yaxşı yolunun ABŞ istifadəçiləri və sistemlər üçün güclü üçüncü tərəfin monitorinqi, təsdiqi və yoxlaması vasitəsilə şəffaf məxfilik mühafizəsinin yaradılması olduğunu vurğulayıb. /The Wall Street Journal /

Teymur MƏMMƏDOV