“Bu tarixə qədər Azərbaycana qarşı təxribat ola bilər” – Nuriyevdən XƏBƏRDARLIQ
    • 27-03-2023, 13:52
    • 264

“Bu tarixə qədər Azərbaycana qarşı təxribat ola bilər” – Nuriyevdən XƏBƏRDARLIQ

Azərbaycan Ordusu Sarıbaba yüksəkliyini geri qaytarandan sonra arxa yollarla Ermənistana aparılan silah-sursatın qarşısını aldı”. 

Bunu News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Qarabağdakı məğlubiyyəti həzm etməyən qüvvələr hələ də mövcuddur: “Söhbət ermənilər və onları dəstəkləyən ruslardan gedir. Ancaq olar bölgədə sabitlik yaranmasın deyə başqa bir yola əl atıblar. Avropa Şurasının qüvvələrini regiona cəlb ediblər. Həmin qüvvələr daha çox fitnə-fəsadla məşğuldular. Sərhədə gətirilən bu “missiya” daha çox münaqişənin qızışmasına xidmət edir. Onlar elə düşünürlər ki, Azərbaycanı sərhəd pozmaqda ittiham edə biləcəklər. Hələlik Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidməti onlara belə bir şans verməyib. Bu şansı yaradacağına da inanmıram. 


Türkiyədə prezident seçkiləri keçiriləcək tarixə qədər Ermənistandan, Rusiyadan və İrandan hansısa bir təxribat gözləyirəm. Bu müddət ərzində həm Ordumuz, həm də Azərbaycan mediası ermənilərin və onları dəstəkləyən qüvvələrin təxribatına getməməlidir. Biz mayın 14-nə qədər həmişə olduğu kimi ağıllı, sakit və ayıq olmalıyıq. Regiondakı sakitlik isə fırtınadan qabaqkı sakitliyə bənzəyir. Maksimum ehtiyatlı olmalıyıq”.