-
- 28-03-2023, 14:32
- 370
“Yaxın günlərdə Qarabağda növbəti hərbi gərginlik baş verə bilər” – İlqar Vəlizadə
“Qarabağda zahirdə durğunluq görünür, daxildə isə proseslər gedir. Təəssüf ki, proses arzuladığımız kimi getmir”.
Bu fikirləri News24.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, seperatçı rejim üçün hərbi yüklər daşınmaqda davam edir: “Onlar möhkəmlənməyə cəhd edirlər. Separatçı rejimin başçısı Araik Arutunyan tez-tez Moskvaya gedir, oradan müəyyən təlimlər alır, müxtəlif bəyanatlarla çıxış edir. Digər tərəfdən isə atışmalar olur. Azərbaycan gedən proseslərdən narahatdır. Yerli ermənilər istehkamlar qurmaq niyyətindədirlər. Bunun qarşısını almaq üçün biz həm sülhməramlılara müraciət edirik, həm də Qarabağda yaşayan erməniləri dialoqa dəvət edirik. Ermənilər bu dialoqdan qaçırlar, istəmirlər. Hadisələr də onu göstərir ki, yaxın günlərdə növbəti hərbi gərginlik baş verə bilər”.
Politoloq əlavə edib ki, üçtərəfli bəyanat yerinə yetirilmir: “Bu bəyanatın bütün bəndlərinin yerinə yetirilməsində problemlər müşahidə edirik. Biz istərdik ki, yollar açılsın. Söhbət təkcə Zəngəzur dəhlizindən getmir. Eyni zamanda, Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazilərdən keçən yollar açılmalıdır. Bizim məcburi köçkünlərimiz geri qayıtmalıdır.
Biz imkan verməməliyik ki, seperatçı rejim möhkəmlənsin”.