Tokayev: "Biz əsl çoxpartiyalı sistemə doğru addım atmışıq"
    • 29-03-2023, 13:44
    • 199

Tokayev: "Biz əsl çoxpartiyalı sistemə doğru addım atmışıq"

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev martın 19-da keçirilən parlament seçkilərinin nəticələrinin ölkəsinin əsl çoxpartiyalı sistemə doğru atdığı addım olduğunu bildirib.

News24.az xəbər verir ki, o, bu barədə parlamentin aşağı palatasının 8-ci dövr açılış iclasında çıxışında deyib.

Ölkədə son bir ildə konstitusiya referendumu başda olmaqla hərtərəfli siyasi islahatlar həyata keçirdiklərini bildirən Tokayev konstitusiya islahatının siyasi sistemin tamamilə yenilənməsinə səbəb olduğunu vurğulayıb. Əlavə edib ki, vətəndaşların ölkə siyasətində iştirak imkanları xeyli genişləndirilib.