İnsanlar 8 ildən sonra ölməz olacaqlar
    • 30-03-2023, 09:55
    • 202

İnsanlar 8 ildən sonra ölməz olacaqlar

"Google" şirkətinin keçmiş mühəndisi, futurist Rey Kurzveyl insanların səkkiz il ərzində ölümsüz olacağını iddia edib.

News24.az xəbər verir ki, Kurzveyl nanotexnologiya və robototexnika sahəsindəki irəliləyişlər qocalmanı geri qaytaran "nanobotlar"ın kəşfinə gətirib çıxaracağını bildirib. 

O, sözügedən minit robotlarının bədənə yerləşdiriləcəyini və yaşlandıqca sıradan çıxan, zədələnmiş hüceyrə və toxumaları bərpa edəcəyini deyib.

Rey Kurzveyl insanların xərçəng kimi xəstəliklərə qarşı immunitet qazandıracağını da irəli sürüb. /NTV Türkiye/

Teymur MƏMMƏDOV