Daha bir deputat ölümlə təhdid edildi — FOTO
    • 30-03-2023, 10:18
    • 211

Daha bir deputat ölümlə təhdid edildi — FOTO

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkə üzərindən təhqir və təhdid edilib.

News24.az xəbər verir ki, T.Kərimlinin martın 29-da saytımıza verdiyi açıqlama sosial şəbəkədə paylaşılıb. 

Paylaşımın şərh bölümünə “Cəbhə azadi an Şirvan” adlı profildən “Növbəti hədəf sənsən, ehtiyatlı ol” qeydi yazılıb.

T.Kərimli saytımız-a açıqlamasında narahatlığını ifadə edib, hüquq mühafizə orqanlarının ayıq-sayıqlığını xüsusi vurğulayıb.//pravda.az