Hava şarı yandı - Ölənlər və yaralananlar var
    • 3-04-2023, 10:51
    • 157

Hava şarı yandı - Ölənlər və yaralananlar var

Meksikada içərisində 4 nəfərin olduğu hava şarı yanıb.

News24.az xəbər verir ki, bu zaman səbətin içərisində olan şəxslər dərhal özlərini səbətdən yerə atıblar.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzadan sağ çıxan idarəçi isə qaçmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qumral Əliyeva