Ağcabədidə avtomobil divara çırpıldı, ÖLƏNLƏR VAR
    • 3-04-2023, 13:01
    • 168

Ağcabədidə avtomobil divara çırpıldı, ÖLƏNLƏR VAR

Ağcabədidə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən xəbərə görə, aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Emin Məmmədov hərbi qulluqçu olub