Ağcabədidə piyadanı maşın vuraraq öldürdü
    • 25-02-2022, 13:57
    • 586

Ağcabədidə piyadanı maşın vuraraq öldürdü

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, fevralın 24-də saat 20 radələrində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qəsəbə sakini S.Əhmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerlisi Kamil Fətəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.