Tanınmış yazıçıya vəzifə verildi — FOTO
    • 6-04-2023, 12:48
    • 204

Tanınmış yazıçıya vəzifə verildi — FOTO

Azərbaycan Ədəbiyyat Fonduna yeni baş direktor təyin olunub.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev gətirilib.

Qeyd edək ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW Berlin, Almaniya), PEN klubun (PEN İnternational, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.