Növbəti görüş - Moskvada
    • 16-05-2024, 23:00
    • 194

Növbəti görüş - Moskvada

“İnterfaks” agentliyinin məlumatına görə, Rusiya və Çin ödəniş kanallarının fasiləsiz fəaliyyətini təmin etmək üçün maliyyə infrastrukturunu inkişaf etdirəcəklər.

News24.az xəbər verir ki, TASS agentliyi Rusiya və Çin liderlərinin növbəti görüşünün Moskvada baş tutacağını bildirib.

Həmçinin bildirilib ki, Rusiya və Çin Ukraynada uzunmüddətli münaqişənin və onun idarəolunmaz mərhələyə keçməsinin əleyhinədirlər.

Digər tərəfdən, RİA Rusiya və Çinin enerji sektorunda strateji tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldiyini açıqlayıb.

Rusiya xəbər agentliklərinin birgə bəyanatına görə, iki ölkə xarici dövlətlərin aktiv və əmlakına həbs qoyulması cəhdlərini pisləyib.

Günel Məlikzadə