Avtobusun vurduğu qadın ərinin ruhu sayəsində SAĞ QALDI
    • 6-04-2023, 15:34
    • 196

Avtobusun vurduğu qadın ərinin ruhu sayəsində SAĞ QALDI

74 yaşlı Britaniya sakini Carol Attle iddia edir ki, o, avtobusun onu vurmasından sonra peyda olan ərinin ruhu sayəsində sağ qalıb.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, qəza 2022-ci il iyulun 28-də baş verib. Qadın çoxsaylı xəsarətlər alıb: göz yuvaları, burun və üç qabırğanın sınığı diaqnozu qoyulub. Bundan əlavə, o, beyin qanaması keçirib.

Zərərçəkmiş təcili xəstəxanaya yerləşdirilib və süni komaya salınıb. O, yeddi həftə reanimasiyada və iki həftə travma şöbəsində yatıb. Həkimlər onun sağ qalmayacağını deyiblər.

Attle komada olarkən gördüyü mərhum əri sayəsində həyata qayıtdığına inanır. Onun sözlərinə görə, bir gün o, guya oyanıb və onu yanında görüb.

"Dedi ki, yuxarıda sənə yer yoxdur. İstəmirik ki, başqa yerdə olasan. Ona görə də özünü topla, döyüş və buradan get".