Oruc mənə İslamın əsl üzünü göstərdi - Quttereş
    • 7-04-2023, 10:49
    • 2 055

Oruc mənə İslamın əsl üzünü göstərdi - Quttereş

Oruc mənə İslamın əsl üzünü göstərdi.

News24.az xəbər verir ki, bunu qaçqın icmalarını ziyarəti zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, ilk dəfə orucu qaçqın düşərgələrinə illik səfərləri zamanı həmrəylik üçün tutub: "Baş katib olanda bu ənənənin davam etdirməli olduğumu düşündüm. Oruc mənə islamın əsl üzünü göstərdi". 

Baş katib eyni zamanda qaçqın icmalarında müsəlmanların sülh və həmrəylik şəraitində yaşamasına da diqqət çəkib. 

A. Quterreş dünyadakı sülh probleminə də diqqət çəkib. O dünyanın dünyanın çox yerində sülhün olmadığını deyib: "Düşünürəm ki, sülhə nail olmaq üçün birləşməyin vaxtıdır. Sülh dünyada sahib ola biləcəyimiz ən dəyərli şeydir". 

Qumral Əliyeva