"Formula 1": Dünya çempionatının təqvimi dəyişdirilə bilər
    • 7-04-2023, 23:07
    • 528

"Formula 1": Dünya çempionatının təqvimi dəyişdirilə bilər

"Formula 1" üzrə 2024-cü il dünya çempionatının təqvimi dəyişdirilə bilər.

News24.az-ın "SoyMotor"a istinadən məlumatına görə ki, təşkilatçılar mövsümə martın 3-də Səudiyyə Ərəbistanında start vermək niyyətindədirlər. Onlar yarışı Ramazan ayı başlamamış ərəb ölkəsində keçirmək istəyirlər.

Həmçinin, tarixən təqvimdəki son yarışlardan biri olan Yaponiya Qran Prisinin martın 24-də təşkil edilməsi planlaşdırılır. Bu mümkün olmasa, Sinqapurdakı yarışın vaxtı dəyişdiriləcək. Bəhreyn Qra Prisi isə payızda baş tuta bilər.

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.