-
- 8-04-2023, 17:21
- 301
Məktəb bufetlərindəki TƏHLÜKƏ: Şagirdlərin zəhərlənməsində müqəssir kimdir?
Bakının mərkəzində yerləşən tanınmış məktəblərdən birində uşaqlar kütləvi şəkildə qidadan zəhərləniblər. Bu, o deməkdir ki, məktəb bufetlərindən istifadə edən şagirdlər üçün hər an potensial təhlükə var.
Adətən, məktəb bufetlərindən hazır yeməklər deyil, şirniyyat və s. alanlar da məhsulların köhnə, bəzən kif atmış olduğunu deyirlər. Əksər valideynlər bildirir ki, uşaqlarına məktəb bufeltərindən istifadə etməməklə bağlı tənbeh etsələr də, uşaqlar istədikləri üçün məcbur qalıb alırlar.
Qeyd edək ki, bufetlərdə qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət etməlidir. Ekspertlər isə problemin sadəcə monitorinqlə bitmədiyini deyirlər.
Qida məhsulları mühəndisi Ağa Salamov Bizim.media-ya açıqlamasında məktəb bufetlərindəki vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Qidaların təhlükəsizliyi ilə bağlı səlahiyyətli qurum yoxlama apara və həmin müddətdə problem aşkarlanmaya bilər. Amma qida elə bir şeydir ki, bir neçə saatın içində vəziyyət mənfiyə doğru dəyişə bilər. Ona görə də bufetlərdə qida haqqında məlumatlı olan, qida ilə necə davranmalı olduğunu bilən şəxslər çalışmalıdırlar. Deyək ki, monitorinq aparan ekspertlər gəlirlər və öz tövsiyələrini verirlər. Çalışanlar onların dediklərini nəzərə almırlar, quru söz hesab edir və öz doğru bildikləri yanlışları ilə uşaqları zəhərləyirlər”.
Mütəxəssis bildirib ki, zəhərlənmə məkanda bişirilən yeməkdən olursa, çarpaz çirklənmədən, eləcə də bir çox səbəblərdən ola bilər:
“Bəzən belə olur ki, mal əti doğranan taxtanı yumadan üzərində toyuq əti də doğrayırlar. Qidaya əllə təmas olur. Mikrobioloji çirklənməyə məruz qalan ətə əlini vuran insan digər ərzaqları da əli ilə çirkləndirir. Çarpaz çirklənmə saxlanma şəraiti düzgün olmayan riskli qida məhsullarında da ola bilər. Toyuğu bişirir və otaq temperaturunda saatlarla saxlayırlar. 3 saatdan sonra artıq mikrobioloji çirklənməyə məruz qalır və insanı zəhərləyə bilir. Kənardan gətirilən qidalara gəlincə isə, əgər “keyterinq” (qida hazırlayıb çatdıran) şirkətinin xidmətindən istifadə olunursa, burada daha incə məqamlar nəzərə alınmalıdır. Onlar salatları soyuq, isti məhsulları isə isti dolablarda göndərməlidirlər. Saatlarla tıxacda qalıb mikrobioloji çirklənməyə məruz qalan ət və s. gətirirlərsə, artıq zəhərlənmə riski var.
Tutaq ki, şirkətin qidanı daşımaqla bağlı bütün şəraiti var. Bəs məktəb bufetlərində vəziyyət necədir? Onlar yeməkləri müəyyən olunmuş temperaturda saxlaya bilirlərmi?
İsti yeməklər istifadə olunana qədər 85 dərəcə istilikdə qalmalıdır. Bufetin isti dolabı varmı, varsa belə şorba, yuxarı hissəsi soyuyaraq təhlükə yaratmasın, deyə tez-tez qarışdırılırmı? Bunlar hamısı sual doğuran, müzakirə mövzusu olacaq məqamlardır”.
Müsahib bildirib ki, sadaladığı məqamlara diqqət olunmaması qidalarla bağlı məlumatsızlıqdan irəli gəlir.
Ağa Salamovun sözlərinə görə, təhsil ocaqlarında olan bufetlərdə mütləq təhsilli və peşəkar aşpazlar işə götürülməlidir. Onlar işə götürüləndə isə AQTA tərəfindən test olunmalıdırlar:
“Onlara təlimlər keçirilməlidir. Bu cür yerlərdə işini bilən insanların çalışması AQTA üçün də rahat olar”.