Fazil Mustafanın videosunu yaydığı Hacının təxribatçı çıxışı - VİDEO
    • 12-04-2023, 13:23
    • 171

Fazil Mustafanın videosunu yaydığı Hacının təxribatçı çıxışı - VİDEO

Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin dini tolerantlığa zidd olan çıxışının videosu yayılıb.

News24.az “Yeni Sabah”-a istinadən bildirir ki, Hacı Sədi çıxışında deyir ki, o Azərbaycanda dəvət olunduğu istənilən məclisdə iştirak edə bilər: “Amma desələr ki, o məclisdə Əbu-Bəkr təbliğ olunacaq, o məclisə getmərəm”.

Videodan görünür ki, Hacı Sədi bu çıxışı publik olaraq deyib. Son vaxtlar İranla Azərbaycan arasındakı münasibətlər, baş verən təxribatlar və İran casuslarının həbsi fonunda belə bir çıxışın edilməsi təsadüf sayıla bilməz. Azərbaycanda dəfələrlə vəhdət namazının qılındığı, dini ayrı-seçkiliyə yol verilmədiyi hər kəsə bəllidir. Belədirsə, Hacı Sədinin ayrı-seçkilik yaradacaq bir çıxış etməsinin arxasında nə dayanır? 

Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Fazil Mustafa Hacı Sədi ilə bağlı video paylaşmışdı. Deputat bildirmişdi ki, həmin şəxs Qumdan gələn mətni oxuyur: 

"Bu Vətən xainlərinə ayrıca təlimat gəlib. Hamısı Qumdan gələn mətni oxuyurlar. Şəhidlərimizin qanını ermənin dığası təklikdə tökməyib. Bunların ağası ilə birlikdə töküb. Bunlar şəhidlərimizi qətlə yetirənlərin təbliğatçılarıdır.

Məmurlarımızın, qurumlarımızın yaratdığı boşluqdan istifadə edib şəhidlərin matəm mərasimlərində düşmənin təbliğatını aparırlar. Bunların Azərbaycan üçün can verən, düşməni məhv edən şiələrə heç bir aidiyyatı yoxdur. Bunlar illərdir din məkanımızı işğal etmiş Qumcuqlardır. Burası Azərbaycandır, orada 30 milyonun hansı zülmlər çəkdiyini görürük, anlayırıq. Rəsulzadənin qurduğu bu işıqlı cümhuriyyəti o qaranlığa gömməyinizə yol verməyəcək oğulların dəmir yumruğunu hökmən dadacaqsınız. Dığalara da, ağalara da bu məmləkətdə at oynatmağa izin verilməyəcək".