Faciənin bir addımlığında.... - VİDEO
    • 9-05-2024, 15:06
    • 123

Faciənin bir addımlığında.... - VİDEO

Türkiyənin Antalya bölgəsində Köln-Qazipaşa reysini həyata keçirən mülki təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üstə enib.

News24.az xəbər verir ki, “Corendon Airlines” şirkətinə məxsus təyyarədən 190 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada bildirilib ki, bu gün yerli vaxtla saat 11:00 radələrində Köln-Qazipaşa reysi ilə uçan B738 tipli təyyarənin enişdən sonra təkəri partlayıb və hava vasitəsinin ön dayağı zədələnib.

Sərnişinlərdən xəsarət alan olmayıb.

İlkin məlumata görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Təyyarə üzərində araşdırma aparılır.