Ermənistanda hərbçi özünü güllələdi - FOTO
    • 14-04-2023, 16:04
    • 114

Ermənistanda hərbçi özünü güllələdi - FOTO

Erməni hərbçi, ilkin məlumatlara görə, öz xidməti silahından açılan atəşlə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti sabit olaraq qiymətləndirilir.

Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.