"YouTube"da nasazlıq yarandı
    • 17-04-2023, 09:34
    • 248

"YouTube"da nasazlıq yarandı

"YouTube" video hostinqində fəaliyyətində problemlər müşahidə olunur.

News24.az xəbər verir ki, nasazlıqla ABŞ-da 1,3 mindən çox istifadəçi qarşılaşıb. 

Şikayətlənən istifadəçilərin 56 faizi videoya baxarkən çətinliklə üzləşib. Digər 27 faizi xidmət proqramına daxil olmaqda çətinlik çəkib. 

Daha 17 faiz istifadəçi isə saytda nasazlıqlar olduğunu bildirib. /Downdetector/