Böyük Britaniyanın Baş nazirinə qarşı araşdırma başlanıldı
    • 17-04-2023, 17:11
    • 160

Böyük Britaniyanın Baş nazirinə qarşı araşdırma başlanıldı

Britaniya parlamenti Baş nazir Rişi Sunakın bəyannaməsi ilə bağlı araşdırmaya başlayıb.

News24.az xəbər verir ki, istintaqın aprelin 13-də başladığı məlum olub. Lakin parlament onun təfərrüatlarını açıqlamayıb.

Öz növbəsində Sunakın ofisi bildirib ki, araşdırma onun həyat yoldaşının uşaqlara baxan şirkətdəki payı ilə bağlıdır.

R.Sunak bəyannaməsinin şəffaflığını sübut etmək niyyətindədir. 

Britaniya qanunlarına görə, ölkə parlamentinin hər bir üzvü aldığı bütün hədiyyələri, ödənişləri və ianələri “maraqlar reyestrində” bəyan etməlidir. /REN Tv/