Britaniyanın baş nazirinin istefası tələb olunur?
    • 21-01-2023, 21:36
    • 187

Britaniyanın baş nazirinin istefası tələb olunur?

Böyük Britaniyanın baş naziri Rişi Sunak polis tərəfindən ikinci dəfə cərimələndikdən sonra Britaniya parlamentinin üzvləri tərəfindən sərt tənqidlərə məruz qalıb.

Leyboristlər partiyasının sədr müavini, millət vəkili Angela Rayner Sunakın hərəkətlərini “tamamilə məsuliyyətsiz” adlandırıb.

Leyboristlərdən deputat Kris Brayant qeyd edib ki, baş nazir dürüst və layiqli olacağına söz verib, lakin bunun əvəzində qanunu pozduğuna görə dəfələrlə cərimələnib.

O, Sunakın istefasına toxunaraq, "Ümumi seçkilərin vaxtı çatıb" dedi.

Leyboristlərdən olan deputat Kat Smit polisə yol təhlükəsizliyini təmin etmək üçün gördüyü işlərə görə təşəkkür edib və daha sonra Britaniyanın baş nazirini danlayıb və “heç kim qanundan üstün deyil” deyib./Teleqraf.com/