"Togg" şirkəti  üç yeni mağaza AÇDI
    • 18-04-2023, 15:30
    • 209

"Togg" şirkəti üç yeni mağaza AÇDI

Türkiyənin avtomobil sənayesini bütün dünyaya tanıdacaq marka - “Togg” yeniliklərə imza atmaqda davam edir. 

News24.az xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili olan “Togg” istifadəçilərə daha sürətli, daha yaxın olmaq üçün üç yeni təcrübə mərkəzlərini açıb. İnsanlar bu yeni brendi təcrübə etmək üçün İstanbul, İzmir və Adanada açılan yeni filiallarına artıq gedə biləcəklər.

Xatırladaq ki, "Togg"un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5 aparıcı şirkəti-"Anadolu Group" (19 %), "BMC" (19 %), "Root Group" (19 %), "Turkcell" (19 %), "Zorlu Holding" (19 %) and "TOBB" (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.

Aynurə