Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi - FOTOLAR
    • 19-04-2023, 10:19
    • 348

Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi - FOTOLAR

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident sarayına iftar yeməyinə dəvət edib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, dəvət məktubunda qeyd edilib: "Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə, çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı rica edir".

İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.

Qeyd edək ki, Sərvər Bəşirli Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qırmızı rəng köhnə maşını ilə yorğan-döşək daşıyaraq Türkiyəyə yardım kampaniyasına qoşulmuşdu. Onun yardım zamanı çəkilən fotosu gündəm olmuşdu.