"Kahramanmaraşda episentrdə bir dənə salamat bina qalmayıb" - Qurban Yetirmişli
    • 19-04-2023, 14:32
    • 172

"Kahramanmaraşda episentrdə bir dənə salamat bina qalmayıb" - Qurban Yetirmişli

İlkin məlumata görə, Kahramanmaraş vilayətinin Pazarcıq şəhərində 650-dən çox yeni mənzil tikilməlidir.

News24.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, episentr olan yerdə bir dənə salamat bina qalmayıb, hamısı təhlükəli vəziyyətdədir:

“Biz Türkiyədə zəlzələ baş verən ərazidə olduq. Bu müddətdə zəlzələ nəticəsində baş vermiş dağıntılar təmizləndi və həmkarlarımızın dəvəti ilə seysmoloji tədqiqatlar üçün əraziyə yollandıq. Ərazidə qırılmaların, seysmikliyin tədqiqatına başladıq. Kahramanmaraşın Pazarcıq deyilən ərazisində tədqiqatlara başladıq. Ən çox dağıntı, fəlakət də orada olmuşdu”.