ƏDV-nin alıcıya necə qaytarılacağı – AÇIQLANDI
    • 11-02-2019, 22:40
    • 1 725

ƏDV-nin alıcıya necə qaytarılacağı – AÇIQLANDI

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ticarət və xidmət müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılması nəzərdə tutulur. Belə ki, ödənişi Pos-terminallar (nağdsız) ilə həyata keçirənlər 18% olan ƏDV məbləğinin 15%-ni və nağd edənlər isə 10%-ni geri alacaqlar.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ƏDV-nin geri qaytarılmasına başlamaq üçün ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən kassaların kuraşdırılması başa çatdırılmalıdır:
  
 
“Bu ildən etibarən ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən (onlayn) nəzarət kassa aparatları quraşdırılacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisəsində onlayn kassalar quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu işləri başa çatdıraq”. 
 
 Sahib Ələkbərov qeyd edib ki, ƏDV sadə və avtomatik şəkildə geri qaytarılacaqdır. Həmçinin ƏDV-ni geri almaq istəyən mütləq kart sahibi olmalıdır:
 
  
“Alıcı gəlir ticarət şəbəkəsinə - malı aldı, çeki vuruldu və ya POS terminal vasitəsilə ödəniş aparıldı - avtomatik olaraq rəqəmlər Nazirliyin bazasında əks olunacaqdır.Çalışırıq ƏDV-nin qaytarılması avtomatik rejimdə olsun. Alıcınını çeki harasa aparması, orada yoxlanılması və ƏDV-nin geri qaytarılması olmayacaqdır. Qaytarılacaq məbləğ alıcının kartına köçürüləcəkdir. Burada nağd ödənişdən söhbət gedə bilməz. Qaytarılan ƏDV kartlara otuzdurulacaqdır”.

//MarjaAz