Maşını yol kənarında dayanan “Toyota”ya vurdu - Sürücü öldü
    • 21-04-2023, 13:11
    • 208

Maşını yol kənarında dayanan “Toyota”ya vurdu - Sürücü öldü

Qubada ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, dünən saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində  X.Allahverdiyev idarə etdiyi “VAZ-2106”nı yolun kənarındakı “Toyota” markalı avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilən “VAZ”ın sürücüsü orada ölüb.

Faktla bağlı araşdırma aparılır