Zaqatalada 3 yaşlı uşaq alçadan ÖLDÜ
    • 27-04-2023, 18:25
    • 218

Zaqatalada 3 yaşlı uşaq alçadan ÖLDÜ

Zaqatalada bədbəxt hadisə olub.

News24.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2020-ci il təvəllüdlü David Elməddin oğlu Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan 3 yaşlı D. Bəşirov yolda nəfəs çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.