Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım etdi – FOTO
    • 28-04-2023, 10:00
    • 218

Mehriban Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım etdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!”