Komitə sədrindən TƏKLİF: Müəllim və həkimləri xaricə göndərək
    • 28-04-2023, 11:03
    • 174

Komitə sədrindən TƏKLİF: Müəllim və həkimləri xaricə göndərək

Müxtəlif sahələr dövlət tərəfindən müasir avadanlıqlarla təmin edilir. Amma bildirim ki, həmin avadanlıqlarla işləyə bilən müəlimlər, həkimlər azdır.

News24.az xəbər verir ki,  bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri Bəxtiyar Əliyev bildirib.

“Təhsil və başqa sahələr müasir avadanlıqlarla təmin edilib. Amma onlarla işləməyi bacaran mütəxəssislər azdır. Ona görə bu sahəni daha da inkişaf etdirməliyik. Belə ki, həmin şəxsləri xarici ölkələrə göndərməliyik ki, bu sahələr inkişaf etsin”, - deyə komitə sədri vurğulayıb.