Sahibə Qafarova parlamentə “Togg”la getdi - FOTOLAR
    • 28-04-2023, 13:10
    • 382

Sahibə Qafarova parlamentə “Togg”la getdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsalı olan “Togg” avtomobili ilə gedib.

News24.az “Anadolu”ya istinadən xəbər verir ki, S.Qafarova avtomobilin çox rahat olduğunu ifadə edib:

“Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.

M.Şəntop “Togg” avtomobilininn yaxın gələcəkdə hər yerdə olacağını bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan Milli Məclisinin sədri Sahibe Qafarova, Qazaxıstan Məclisinin sədri Yerlan Koşanov və Qırğızıstan Respublikasının Prezidenti Nurlanbek Şakıyev olub.

Aynurə