"Formula 1" pilotunun bolidinin təkəri çıxıb
    • 29-04-2023, 17:42
    • 262

"Formula 1" pilotunun bolidinin təkəri çıxıb

"Alfa Tauri" komandasında çıxış edən yaponiyalı pilot Yuki Tsunoda "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

News24.az xəbər verir ki, sürücünün bolidinin təkəri çıxıb.

Nəticədə sarı bayraq qaldırılıb, Tsunoda pit-leynə çatsa da, mübarizəni davam etdirə bilməyib.

Qeyd edək ki, Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları davam edir.