Ukraynanın bərpasına 400 milyard dollardan çox vəsait lazımdır
    • 1-05-2023, 22:39
    • 181

Ukraynanın bərpasına 400 milyard dollardan çox vəsait lazımdır

“Ukrayna Avropa İttifaqı və Dünya Bankı ilə birlikdə yaxın onilliklərdə ölkənin bərpası üçün 400 milyard dollardan çox vəsait lazım olacağını hesablayıb”.

News24.az xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuzen deyib.

Onun sözlərinə görə, Ukraynanın bərpası artıq başlayıb və bunun üçün beynəlxalq dəstək çərçivəsində xeyli vəsait tələb olunacaq.

O, əlavə edib ki, bu vəsaiti ayıran ölkələrin parlamentarilərinin etimadını qorumaq üçün Ukrayna korrupsiyanın qarşısının alınması və onunla mübarizə, qanunun aliliyi və yaxşı idarəçilik nümunəsi olmalıdır.