DƏHŞƏT! Fueqo vulkanı oyandı - FOTOLAR
    • 5-05-2023, 13:02
    • 137

DƏHŞƏT! Fueqo vulkanı oyandı - FOTOLAR

Qvatemalada Fueqo vulkanının fəaliyyəti yenidən aktivləşib.

News24.az xəbər verir ki,  bu səbəbdən həmin bölgədə yaşayan insanlar təxliyə edilib.

Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən şərhdə, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşməsinin fəlakət yarada biləcəyi açıqlanıb. Onun artıq isti kül buludları səpdiyi bildirilir.

Açıqlamada isti kül buludlarının bölgədə 100 min insanı təsir edə biləcəyi qeyd edilib.

Qeyd edək ki, 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşmüş hesab edilib.

Aynurə