Koronavirus artıq... - ÜST-dən açıqlama
    • 5-05-2023, 17:31
    • 202

Koronavirus artıq... - ÜST-dən açıqlama

Koronavirus artıq qlobal sağlamlıq üçün fövqəladə vəziyyət deyil.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd edək ki, koronavirus 2020-ci ilin 30 yanvarından bəri fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, Covid-19 dünyada 6.9 milyondan çox insanın həyatına son qoyub. 

Qumral Əliyeva