Tramp Zelenskini günahlandırdı: “Müharibəni o başlatdı”
    • Dünən, 23:14
    • 104

Tramp Zelenskini günahlandırdı: “Müharibəni o başlatdı”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyanın ölkəsinə müdaxiləsinə görə məsuliyyət daşıdığını deyib.

News24.az xəbər verir ki, Tramp İkinci Dünya Müharibəsindən sonra Avropanın gördüyü ən böyük münaqişədə Ukrayna lideri Vladimir Zelenskini günahlandırıb.

Tramp daha əvvəl müharibəyə başlamaq əmrini verən Rusiya lideri Putinin əvəzinə hücuma məruz qalan tərəfin lideri Zelenskini ittiham etmişdi.

Keçmiş prezident bu dəfə müsahibəsi zamanı "Zelenski indiyə qədər gördüyüm ən böyük marketoloqlardan biridir. O, hər gələndə biz 100 milyard dollar veririk. Tarixdə kim belə pul alıb? Heç vaxt belə olmayıb. Mən ona kömək etmək istəmədiyimi demirəm, o insanlara çox yazığım gəlir" dedi.

Tramp Şimali Karolinada keçirilən mitinqdə “Şəhərlər getdi və biz razılaşmadan imtina edən adama milyardlarla dollar verməyə davam edirik” deyib. 

Ötən ay Zelenski və Tramp Manhettendəki Trump Tower-də görüşüblər. Tramp müharibənin “hər iki tərəf üçün ədalətli razılaşma ilə” başa çatmasını istədiyini desə də, Ukrayna lideri təkid edib ki, Putinə təzyiq göstərilməlidir.

Buna cavab olaraq Tramp bildirib ki, onun həm Zelenski, həm də Putinlə çox yaxşı münasibətləri var.

Günel Məlikzadə