Güclü yağış can aldı
    • 18-10-2024, 22:43
    • 413

Güclü yağış can aldı

İtaliyanın şimal bölgəsində yağan güclü yağış daşqınlara səbəb olub, köməksiz vəziyyətdə qalan 30 nəfər qruplar tərəfindən xilas edilib.

News24.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərdə, son günlər şiddətli yağışların yağdığı şimal-qərb Liguriya və Toskana bölgələrində bir çox çay və dərələrdə daşqınların, bəzi yüksək bölgələrdə də sürüşmələrin yaşandığı bildirilib.

Oktyabrın 16-da Liquriya bölgəsində 18 saat ərzində 200 millimetr yağış, Toskanada isə bir saatlıq qısa müddət ərzində bəzi yerlərdə 100 millimetr yağış yağıb. Liguriyada Genuya, Rapallo, Savona, Çiavari, Toskanadakı Livorno və Siena şəhərlərinin mənfi təsir göstərdiyi qeyd edilib.

Qeyd edək ki, seldə 1 nəfər ölüb.

Günel Məlikzadə