-
- 18-10-2024, 22:23
- 436
Qızını öldürməkdə təqsirli bilindi, ölüm cəzasına məhkum edildi
ABŞ-nin Texas ştatında autizm diaqnozu qoyulan ata III Robert Lesli Roberson 22 il əvvəl 2 yaşlı qızını həddindən artıq silkələyərək ölümünə səbəb olub.
News24.az xəbər verir ki, Robersonun iki yaşlı qızı xəstəlik dövründə yüksək hərarətlə çarpayıda fırlanaraq yerə yıxılıb.
Qızını yerdə görən ata narahat olub və qızını yerdən qaldırıb və bərk silkələyib. Bu sarsıntı nəticəsində Robersonun iki yaşlı qızı ölüb.
Sarsılmış Körpə Sindromu körpənin ilk aylarında həddindən artıq titrəməsi səbəbiylə körpədə meydana gələn beyin qanaması və onurğa sütununun zədələnməsinə verilən addır.
Məhkəmə Robersonun autizminə məhəl qoymayaraq onu "öz qızını vəhşi duyğularla öldürməkdə" günahlandırıb.
Lakin yeni testlər və məlumatlar Robersonun əslində öz qızını öldürmədiyini ortaya qoyub. Yeni tapıntıların ortaya çıxardığı məlumatlara görə, 2 yaşlı uşaq bakterial infeksiya və sətəlcəm səbəbiylə qanaxma nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Roberson körpəsinin ölümündən sonra ölüm cəzasına məhkum edilib və o vaxtdan bəri həbsxanadadır.
Ötən gün Robersonun ölüm hökmünün icrasına 90 dəqiqə qalmış, hakim, Respublikaçı və Demokrat partiyalı deputatların birgə imzaladığı ərizəni təsdiqlədikdən sonra autizmli adamın edamı ləğv edilib.
Lakin Roberson tamamilə bəraət qazanmayıb. Ölüm hökmünün ləğvi müvəqqəti haldır. Növbəti bir ay ərzində Texas məhkəməsi bütün sübutları yenidən qiymətləndirəcək. Qiymətləndirmə nəticəsində cəzanın ləğvi və ya icrası ilə bağlı yekun qərar veriləcək.
Məryəm İlhamqızı