İspaniya klubu böhrandan çıxa bilmir
    • Dünən, 23:58
    • 70

İspaniya klubu böhrandan çıxa bilmir

İspaniyanın "Sevilya" klubundakı maliyyə böhranı davam edir.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, La Liqa təmsilçisi ötən il 81,7 milyon avro ziyana düşüb.

Bu, klubun səhmdarların yığıncağında açıqlanıb. Bildirilib ki, artıq "Sevilya"nın balansındakı kapital mənfi ilə ifadə olunur. Klubun borcları 65 milyonu keçib.

İspaniya təmsilçisi ardıcıl dördüncü maliyyə ilini itkilərlə başa vuracaq. Klub Avropa Liqasını qazanmasına baxmayaraq pandemiya zamanı 41,4, 2022-ci ildə 24,8, 2023-cü ildə 19,3 milyon ziyana düşüb. "Sevilya"nın son dörd il ərzində ümumi itkisi 167,2 milyona çatıb.

Qeyd edək ki, "Sevilya" La Liqada 9 turdan sonra 12 xalla 11-ci yerdə qərarlaşıb.