“Çörəkçi”nin keksi alıcını xəstəxanalıq etdi – Məhkəməyə verəcəklər - VİDEO
    • 6-05-2023, 13:30
    • 586

“Çörəkçi”nin keksi alıcını xəstəxanalıq etdi – Məhkəməyə verəcəklər - VİDEO

Müştəri mağazadan aldığı “Çörəkçi” şirkətinə məxsus çiyələk içlikli keksdən zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə zərərçəkən sosial mediada məlumat paylaşıb. O qeyd edib ki, son istifadə tarixinin bitməsinə çox qalsa da, məhsul kiflənib.

“Bir həftə əvvəl “Çörəkçi”nin keksini aldıq. Son istifadə tarixinə çox var idi. Amma içi kiflənmişdi. Birini bilmədən yedik və çox pis dərəcədə zəhərlənmə oldu. Özlərinə yazdıq, foto, video göndərdik, amma maraqlanmadılar da. Çox pis zəhərlənmə olub, məhkəməyə vermək istəyirik”, - istehlakşı bildirib.

Qeyd edək ki, mediada “Çörəkçi” firmasının istehsal etdiyi çörəklərin və digər un məmulatlarının keyfiyyətsiz olması, içərisindən yad cisimlərin çıxması, istehlakçıları zəhərləməsi və s. bu kimi mənfi hallarla bağlı tez-tez məlumat yer alır.

Turan