Ağsuda 3 nəfər intihar etdi
    • 6-05-2023, 14:16
    • 328

Ağsuda 3 nəfər intihar etdi

Ağsu rayonunda son 2 həftə ərzində 3 intihar faktı qeydə alınıb.

News24.az xəbər verir ki, intihar hadisələri rayonun fərqli yerlərində baş verib.

Belə ki, aprelin 22-də Ağsu rayonunun Ləngəbiz kəndində 15 yaşlı qız intihar edib. 2008-ci il təvəllüdlü A.F. özünü yaşadığı evin həyətində asıb.
Dünən saat 15 radələrində isə Ağsu şəhəri Tofiq İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Əhmədov Qabil Ağabala oğlu evdə özünü asıb.

Növbəti intihar isə bu gün baş verib. Gecə saat 01 radələrində Ərəbuşağı kənd sakini, 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Baş vermiş hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Ölən şəxslərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu Rayon Şöbəsinə təhvil verilib.

Faktlarla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV