Bu ölkə də Ermənistan üçün hava məkanını BAĞLADI
    • 8-05-2023, 13:42
    • 127

Bu ölkə də Ermənistan üçün hava məkanını BAĞLADI

Mayın 7-də “Flyone Armenia” aviaşirkətinin təyyarəsi Dubaya buraxılmayıb. İrəvan-Dubay reysinə xidmət edən “FlyOne Armenia” şirkətinin təyyarəsi İranın Şiraz hava limanında məcburi eniş edib.

News24.az xəbər verir ki, “Flyone Armenia” aviaşirkətinin idarə heyətinin sədri Aram Ananyan təyyarənin niyə Dubayda enişinə icazə verilmədiyi sualına cavab verib.

“Dubay hava dispetçerləri hələ də əlavə aydınlaşdırmaya ehtiyacı olan səbəblərlə aviaşirkətin təyyarəsinin Dubayın hava məkanına daxil olmasına icazə verməkdən imtina ediblər. Təyyarənin pilotu problem aydınlaşana qədər Şiraz hava limanında eniş etmək qərarına gəlib.

Qeyd edək ki, Ermənistan üçün Türkiyə də hava məkanını bağlayıb. Buna türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına İrəvanda heykəl qoyulması səbəb olub.

Turan