Azərbaycan klubu “Başakşehir”in futbolçusunu geri qaytarır
    • 8-05-2023, 17:22
    • 185

Azərbaycan klubu “Başakşehir”in futbolçusunu geri qaytarır

“Sumqayıt” mövsümün sonunda bir neçə legionerlə yollarını ayırmaq istəyir.

News24.az xəbər verir ki, “kimyaçılar” “Başakşehir”dən icarəyə götürdüyü Alya Tureni də komandada saxlamaq istəmir.

Türkiyə klubundan icarəyə götürülən qvineyalı gözlənilənləri qarşılamadığı üçün onun yayda geri göndərilməsi gözlənilir.

O, Azərbaycana gələnə qədər “Akhisarspor” və “Yammerbuqt” klublarında da icarə əsasında çıxış edib./apasport.az/