Azərbaycanın Türkmənistandakı səfirliyinin yeni inzibati binasının açılışı OLDU - fotolar
    • 10-05-2023, 17:51
    • 321

Azərbaycanın Türkmənistandakı səfirliyinin yeni inzibati binasının açılışı OLDU - fotolar

May 10-da Azərbaycanın Türkmənistandakı Səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul keçirilmiş və bir müddət əvvəl inşası başa çatmış Səfirliyin yeni inzibati binasının rəsmi açılışı olub.

News24.az xəbər verir ki,  səfirlikdən verilən xəbərə görə, tədbirdə fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov Azərbaycan Səfirliyinin yeni inzibati binasının bir müddət öncə tikilsə də rəsmi açılışının məhz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü edilməsinin qərara alındığını qeyd edib.

Mərasimdə Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və əməkdaşları, media və ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər./apa/