-
- 12-05-2023, 15:32
- 287
Rusları ittiham edən Kılıçdaroğluna Moskvadan CAVAB
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyini iddia edib.
News24.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bu ittihamları əsassız hesab etdiyini açıqlayıb.
Peskov Kılıçdaroğlunun ittihamlarına cavab olaraq bildirib ki, Moskva Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun ittihamlarını rədd edir.
“Biz bu cür bəyanatları qətiyyətlə rədd edirik, rəsmi şəkildə bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz. Əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, yalançıdır. Onun amerikalıların uzun müddət Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyini təkrarladığını xatırlaması vacibdir. Biz istintaqa on milyonlarla dollar xərclədik və sonra heç bir müdaxilə olmadığı üzə çıxdı”, - Peskov qeyd edib.
Turan