İncəni onlar kənarlaşdırdı, bundan sonra... - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI
    • 12-05-2023, 18:58
    • 748

İncəni onlar kənarlaşdırdı, bundan sonra... - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI

Türkiyədə 14 may prezident seçkilərinə 2 gün qalmış gündəmi dəyişən proseslər baş verməkdədir. "Məmləkət" Partiyasının lideri Məhərrəm İncə seçkilərə üç gün qalmış prezidentliyə namizədliyini geri götürdü. O, “kaset şantajı”, eləcə də digər qaralama kampaniyasına məruz qaldığına dair tvitini 10 may tarixində atıb və bir gün sonra geri çəkildi. Ən maraqlı detal İncənin geri addım atmasında ad çəkmədən “altılı masa”nı ittiham etməsidir. Kılıçdaroğlu isə Məhərrəm İncənin namizədliyini geri çəkməsindən sonra Rusiyanı “kaset” məsələsində ittiham etdi.

Maraqlıdır, baş verən bu proseslər seçkilərə necə təsir göstərəcək?

Türkiyəli siyasətçi, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ News24.az-açıqlamasında bildirib ki, seçkilərə üç gün qalmış Məhərrəm İncənin qəfildən istefa edərək mübarizədən çəkilməsi təsadüfi deyil: 

“Burada FETÖ üzərindən Amerikanın əməliyyatı müzakirə mövzusudur. ABŞ-ın ən böyük düşməni Rəcəb Tayyib Ərdoğan, ən böyük hədəfi isə Türkiyədir. Belə bir durumda ABŞ-ın köhnə günlərə geri qayıtması üçün edə biləcəyi tək bir şey var, o da özünə yaxın isimləri ön plana çıxararaq iqtidarı hakimiyyətdən kənarlaşdırmaqdır. ABŞ hazırda bütün gücü ilə buna çalışır. Kamal Kılıçdaroğlu və komandası, yəni Millət İttifaqı tam olaraq Amerikaya xidmət göstərir. Türkiyənin müxalifət qanadında ABŞ-ın diktəsi ilə hərəkət edən bir sistem var. Biz bunu bu günə qədər insanlara başa salmağın dərdindəyik. Məhərrəm İncə də mənə görə çox müsbət bir duruş sərgilədi və dedi ki, “belə bir sistemlə mənim heç bir işim ola bilməz, ayrılıram”. 

İncə bununla öz siyasi çizgisini təyin etdi. Amma o sistem elə böyük və çirkin hücumlara keçdi ki, millətin saxta görüntülərlə, bir sıra böhtanlarla özəl həyatları ləkələndi. Məhərrəm İncə də bunlardan biridir. O, ən sonunda bu çirkin hücumlar qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Burada yenə də bir “kaset əməliyyatı” ilə üz-üzə qaldıq. Eyni güc Meral Akşeneri masaya oturtduğu kimi, Məhərrəm İncəni də mübarizədən kənarlaşdıraraq ikinci bir əməliyyata ev sahibliyi etdi. Bu, FETÖ-yə bağlı əməliyyatdır və təəssüflə deməliyəm ki, mənə görə onlar hazırda məqsədlərinə çatdılar”.

Turan