Şəhid Məhəmməd bu rayonda dəfn olunacaq - FOTO
    • 13-05-2023, 10:16
    • 315

Şəhid Məhəmməd bu rayonda dəfn olunacaq - FOTO

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.

News24.az xəbər verir ki, o, bu gün Qəbələ şəhərində dəfn ediləcək. 

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub. O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.