Binalı Yıldırım: “Seçici fəallığı yüksəkdir”
    • 14-05-2023, 15:30
    • 290

Binalı Yıldırım: “Seçici fəallığı yüksəkdir”

“Ölkəmizin sabitliyə, sakitliyə və təhlükəsizliyin qorunmasına ehtiyacı var”.

News24.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım prezident və parlament seçkilərində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlar seçki prosesinə böyük maraq göstərirlər: “Səs vermək üçün yarım saat gözlədim. Nəticənin ölkəmiz və xalqımız üçün xeyirli olacağından əminəm. Seçki prosesinə göstərdiyi diqqətə görə xalqımıza təşəkkür edirəm”.

B.Yıldırım söyləyib ki, Türkiyə seçki prosesi ilə bağlı kifayət qədər təcrübə qazanıb: “Əlbəttə, fərqli mövqelərimiz ola bilər. Amma bizi bir-birimizə bağlayan dəyərlərimiz, vətənimiz, xalqımız, bayrağımız, inancımız var. İnşallah, hər şey ölkəmiz üçün daha yaxşı olacaq”.