Zakir Həsənovdan MÜHÜM AÇIQLAMA:
    • 15-05-2023, 15:58
    • 750

Zakir Həsənovdan MÜHÜM AÇIQLAMA: "Kəlbəcər istiqamətində..."

Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarda qarşı tərəfə layiqli cavab verilib.

News24.az xəbər verir ki, bu barədə mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə bildirib.

Müdafiə naziri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib.