"Twitter" Türkiyədəki seçkilər zamanı hesabları niyə blok edib? - RƏSMİ AÇIQLAMA
    • 16-05-2023, 09:03
    • 176

"Twitter" Türkiyədəki seçkilər zamanı hesabları niyə blok edib? - RƏSMİ AÇIQLAMA

Sosial media platforması "Twitter" Türkiyədki seçkilər zamanı bloklanan hesablar və tvitlərlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, "Twitter"-in Qlobal Hökumət İşləri hesabından edilən açıqlamada deyilir:

"Biz son bir həftə ərzində Türkiyə hökuməti ilə danışıqlar apardıq və onlar bizə bildirdilər ki, Twitter bütün mövcud məhkəmə qərarlarına əməl etməyən yeganə sosial media orqanıdır. Biz Twitter üçün qrupların azaldılması ilə bağlı xəbərdarlıq aldıq, ona görə də həftə sonu seçkiləri zamanı Twitter-i əlçatan saxlamaq üçün 4 hesaba girişi və 409 tviti blokladıq". 

"Twitter" məhkəmə qərarlarına etiraz edəcəklərini də açıqlayıb. /Haber Global/