TƏCİLİ: Erməni nazir müavinindən əsir hərbçilərimiz haqda AÇIQLAMA
    • 16-05-2023, 14:00
    • 192

TƏCİLİ: Erməni nazir müavinindən əsir hərbçilərimiz haqda AÇIQLAMA

“İtkin düşmüş azərbaycanlı hərbçilərin qaytarılması haqqında danışmaq çox tezdir. Bununla bağlı razılaşma əldə edilib, sadəcə detalları paylaşa bilmərəm”.

News24.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Sarfaryan yerli mətbuata açıqlamasında qeyd edib.

M.Sarfaryan, – “Şarl Mişel erməni əsirlərin qaytarılacağı bəyan edəcəyi zaman bu istiqamətdə hərəkətə keçmək mümkün olar” deyə, bildirib.

O, mayın 19-da Moskvada iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçiriləcəyini xatırladıb və Sergey Lavrovla Ararat Mirzoyan arasında təkbətək görüşün keçirilib-keçirilməyəcəyinin məlum olmadığını qeyd edib.